VUSE BLOG > News

ELEKTRON SİQARETLƏRLƏ BAĞLI TERMİNLƏR

in News

Yeni bir elektron siqaret istifadəçisi olaraq, anlamağa çalışdığınız texnologiya və öyrənəcəyiniz yeni sözlərlə bərabər bəzi terminologiyanın sizə tanış olmadığınızı təxmin edirik.

Əgər siz hələ də atomizer, kliromizer, propilen qlikol, yaxud da bitki mənşəli qliserinin nə demək olduğunu bilmirsinizsə, bu lüğət məhz sizin üçün nəzərdə tutulub. Elektron siqaretlərin istifadəsinə dair terminlər barədə məlumatı bu bloqda sizinlə paylaşırıq.

Aerozol – Bu, elektron siqaret cihazından nəfəslə içə çəkilən və daha sonra elektron siqaret istifadəçisi tərəfindən nəfəs buraxılanda çıxan buxar buluduna (buxarlanan e-mayeyə) verilən addır.

Hava axını tənzimləyicisi – "Hava axını" əslində çox da mürəkkəb ifadə deyil. Bu sadəcə elektron siqaret cihazından havanı içinizə çəkdiyiniz zaman həmin hava axının tezliyi, sürəti və təzyiqini ifadə edən söz birləşməsidir. Cihazlarımız nəfəslə həddən artıq çox və ya az içə çəkməməyiniz üçün dizayn olunmuşdur. 

Amper – Amper (adətən "amp" şəklində yazılır) elektrik cərəyanı gücünün ölçü vahididir. Amperlərin sayı elektron siqaret istifadəçilərinə batareyanın istifadə müddətindən xəbər verir. Amper göstəricisi nə qədər yüksəkdirsə, batareyanın çıxış gücü də bir o qədər yüksək olur.
 
Atomayzer – İstənilən bir elektron siqaret cihazının əsasını təşkil edir. Bu, elektron siqaretin içində mayeni (e-mayeni) nəfəslə içə çəkilə bilən incə buxar damcılarına çevirən hissədir.

Batareyanın dayanması (sönməsİ) – Bu, müəyyən bir müddətdən sonra elektron siqaret cihazınızdakı olan batareyanın işləməsini dayandıran avtomatik təhlükəsizlik funksiyasıdır. Bu, cihazın təsadüfən çox uzun müddət yanılı qalmasının və ya elektron siqaret çəkdiyiniz zaman e-mayenin həddindən artıq qızmasının qarşısını alır.

Sarğac fitil – Elektron siqaret qurğularının çoxunda e-mayeni qızdırmaq üçün sarğac və fitil sistemindən istifadə olunur. Bu qızdırma üsulu neft lampasında rast gəlinən mexanizmə bənzəyir: pambıqdan və ya silisiumdan hazırlanmış fitil sarılmış qızdırıcı sarğacın ətrafına bükülür. Cihaz işə salındığı zaman sarğac və fitil mayeni buxarlandırmaq üçün qızdırır, daha sonra qaz və maye damcılarının qarışığı, yəni nəfəslə içinizə çəkdiyiniz buxar qismən yenidən kondensasiya olunur.

Konsentrasiya – Kimyada bu söz tərkib hissəsinin miqdarını ifadə etmək üçün istifadə olunur. Elektron siqaretlərlə əlaqədar olaraq, konsentrasiya e-mayenin tərkibində mövcud olan niktotin miqdarını təsvir edərkən istifadə olunur.

"Boş zərbə" – Bu, cihazınızda buxarlanmaq üçün e-maye qalmadıqda baş verir. Xüsusilə, fitil quruduğu üçün yanır, və o, yandıqda buxarın dadını xoşagəlməz edir.

E-maye – Elektron siqaretdən istifadə etmək üçün cihazınız

ISO 9001:2008 – Böyük ehtimalla, bu sıralanmış rəqəmlər əksər insanlar üçün heç bir məna ifadə etmir, lakin, bizim tərəfimizdən, “Vuse” brendi olaraq, ona böyük əhəmiyyət verilir. Bu, 163 ölkədən milli standartlar institutları şəbəkəsi təşkil edən Beynəlxalq Standartlaşdırma Təşkilatının keyfiyyət idarəetmə standartlarının ciddi spesifikasiyasıdır. Keyfiyyət idarəetməmizin iş sistemində ISO 9001:2008 standartı fəal şəkildə dəstəklənir.

Litium-ion – Bütün Vuse cihazlarında istifadə olunan batareya növüdür.
Siz batareyaların təsvirində ‘mAh’ abbreviaturasını görəcəksiniz. Bu termin "miliamper/saat" deməkdir və batareyanın şarj olunma qabiliyyətinin ölçüsüdür. İki batareyanın eyni voltajı olsa, yüksək mAh olan batareya daha uzunmüddətli istismar müddətinə malikdir.

Milliamper ¬¬– Amperin mində biri, müəyyən bir zamanda dövrənin bir nöqtəsindən keçən elektrik yükünün miqdarının ölçüsüdür.

Nikotin – Təbii şəkildə, nikotinə bir neçə növ bitkidə rast gəlinsə də, onun ən yüksək konsentrasiyası məhz tütün bitkisinin tərkibində tapıla bilər. Müasir dövrdə bir milyarddan çox yetkin insan nikotini müxtəlif şəkildə istehlak edir. Nikotin min ildən artıqdır ki, istehlak edilir və o, bütün dünyada ən çox istifadə edilən sosial stimullaşdırıcılardan birinə çevrilmişdir. Bununla yanaşı, nikotin asılılıq yarada bilən bir maddədir. 

Om – alman fiziki Georq Simon Omun şərəfinə adlandırılan elektrik müqavimətvahididir. Elektron siqaretlərdə müqavimətin ölçülməsi adətən atomizerdəki sarğacla bağlıdır. Müqavimət nə qədər aşağı olarsa, sarğac bir o qədər isti ola bilər.

Propilen Qlikol (PG) – E-mayenin iki əsas tərkib hissəsindən biridir. Rəngsiz, şəffaf və demək olar ki, qoxusuzdur,və ABŞ Qida və Dərman İdarəsi tərəfindən "ümumiyyətlə təhlükəsiz olaraq tanınır" (GRAS). 

İstifadənin aktivləşdirilməsi – Bəzi e-siqaretlər güc düyməsini basmaqla aktivləşdirilir. Digərlərində isə "istifadə aktivləşdirilmişdir", yəni cihazı  əlinizdə tutduğunuz zaman artıq istifadəyə hazır vəziyyətdir . 

Müqavimət – Bu, elektron siqaret atomizerinin qızıdırcı sarğacının nə qədər elektrik cərəyanı keçirə bilməsi ilə əlaqədardır. Omlarla ölçülür. Müqavimət nə qədər aşağı olarsa, sarğac bir o qədər isti ola bilər.

Temperatur nəzarəti – Həm təhlükəsizlik səbəbindən, həm də daha yaxşı elektron siqaret istifadəsinin təcrübəsini yaratmaq üçün elektron siqaret  cihazının daxilindəki temperatura nəzarət edən texnologiyadır.

Bitki mənşəli Qliserin (VG) – Adətən, rəngsiz və qoxusuz olan təbii məhsul. Bu, propilen qlikol ilə birlikdə e-mayelərin əsas tərkib hissəsini təşkil edir.

Vatt– Hər hansı bir elektrik məhsulu tərəfindən elektrik enerjisinin istifadə sürətinin ölçüsü. Beləliklə, bu, cihazınızın istifadə etdiyi elektrik gücün ölçülməsini təmin edir, və adətən fitil və sarğac texnologiyasından istifadə olunan elektron siqaretlərdə vatt nə qədər yüksək olarsa, yaranan buxar buludu da bir o qədər böyük olur.

More from us

View all
ELEKTRON SİQARET VƏ ADİ SIQARET ARASINDAKI FƏRQLƏRƏ DAİR ARAŞDIRMA
19 Feb 2024

ELEKTRON SİQARET VƏ ADİ SIQARET ARASINDAKI FƏRQLƏRƏ DAİR ARAŞDIRMA

Bu ilin əvvəlində "Internal and Emergency Medicine" jurnalında dərc olunan yeni araşdırma göstərdi ki, Vuse elektron siqaretlərindən istifadə adi siqare

Daha ətraflı
ADI SİQARETLƏR İLƏ MÜQAYİSƏDƏ VUSE TOKSİK MADDƏSİ HAQQINDA MƏLUMAT
19 Feb 2024

ADI SİQARETLƏR İLƏ MÜQAYİSƏDƏ VUSE TOKSİK MADDƏSİ HAQQINDA MƏLUMAT

Siqaretdən elektron siqaretə keçmək istəyirsiniz? Yəqin ki bu mövzuda araşdırma apararkən qarşınıza hər cür məqalə, tədqiqat və rəylər çıxıb. Bir-biri i

Daha ətraflı
ELEKTRON SİQARETLƏRLƏ BAĞLI TERMİNLƏR
14 Nov 2023

ELEKTRON SİQARETLƏRLƏ BAĞLI TERMİNLƏR

Yeni bir elektron siqaret istifadəçisi olaraq, anlamağa çalışdığınız texnologiya və öyrənəcəyiniz yeni sözlərlə bərabər bəzi terminologiyanın sizə tanış olmadığınızı təxmi
Daha ətraflı