Pulsuz Çatdırılma
Premium dizayn
Yüksək keyfiyyət
Pulsuz Çatdırılma
Premium dizayn
Yüksək keyfiyyət

MƏXFİLİK SİYASƏTİ


1.ÜMUMİ MÜDDƏALAR

1.1. Bu veb-sayt (bundan sonra mətn üzrə - “Sayt”) British American Tobacco Exports B.V. şirkətinin Azərbaycan Respublikasındaki Nümayəndəliyinə (bundan sonra mətn üzrə - “Şirkət”) məxsusdur. Sizdən Saytdan hazırki istifadə şərtləri (bundan sonra mətn üzrə - “Razılaşma”) ilə yaxından tanış olmağınızı xahiş edirik. Hazırkı Saytın istifadəsi cari şərtləri təmin edən razılaşmadır. Razılaşma Sizin (bundan sonra mətn üzrə - “İstifadəçi”) tərəfinizdən onun şərtləri ilə razı olduğunuzu bildirdiyiniz andan etibarən, o cümlədən, Saytdakı məlumatın baxılması yolu ilə qüvvəyə minir. Bununla yanaşı İstifadəçinin Saytda qeydiyyatı bu Razılaşmanın tam və qeyd-şərtsiz qəbulu deməkdir.

1.2. Bu Razılaşma açıq sənəddir.

1.3. Bu Razılaşmanın ayrılmaz hissəsi, eyni zamanda Saytın müəyyən xidmətlərinin təqdim edilməsini və/və ya onun üzərində tədbirlər həyata keçirilməsini tənzimləyən və Saytın müvafiq bölmələrində yerləşdirilən bütün xüsusi sənədlərdir.

1.4. Bu Razılaşma istənilən vaxt xüsusi bir bildiriş olmadan, Saytda yenilənmiş mətn yerləşdirməklə Şirkət tərəfindən birtərəfli qaydada dəyişdirilə və/və ya əlavə edilə bilər.

1.5. Şirkət İstifadəçilərə bu Razılaşmanın şərtlərini dəyişiklik və/və ya əlavələr üçün mütəmadi olaraq yoxlamağı tövsiyə edir. Bu Razılaşmaya dəyişiklik və/və ya əlavələr edildikdən sonra Saytın İstifadəçi tərəfindən davamlı istifadəsi İstifadəçinin bu cür dəyişikliklərə və/və ya əlavələri qəbul etməsi və onlarla razı olması deməkdir.

1.6. Bu Razılaşma müddətsizdir və Şirkətin və ya İstifadəçinin təşəbbüsü ilə istənilən vaxt ləğv edilə bilər.

1.7. Bu Sayt yalnız nikotin məhsullarının yetkinlik yaşına çatmış istehlakçıları (18 yaşdan yuxarı şəxslər) üçün nəzərdə tutulmuşdur.

1.8. Saytdakı məlumatlar İstifadəçilərə pulsuz, əvvəlcədən razılaşdırılmış hallar istisna olmaqla, heç bir zəmanət olmadan təqdim olunur.

1.9. Saytda yerləşdirilən materialların heç biri İstifadəçi tərəfindən qızdırılan tütün məhsullarının istehlakının sağlamlığa daha az riskli olmasının dəlili kimi qəbul edilməməlidir.

1.10. Əgər Sizin fikrinizcə Saytdakı hər hansı material yersiz və ya təhqiredicidirsə, həmçinin Razılaşmanın hansısa şərti Sizin üçün qəbuledilməzdirsə, eləcə də Saytdakı hesablarınızı və şəxsi kabinetinizdə tərəfinizdən göstərilmiş bütün məlumatları (əgər varsa) silmək üçün Şirkəti məlumatlandırmağınızı xahiş edirik.

1.11. Saytla bağlı bütün sual və təklifləri “Bizimlə Əlaqə” bölməsində yerləşən məlumatdan istifadə edərək göndərməyinizi xahiş edirik.

1.12. Şirkət həmçinin istənilən vaxt Saytın dizaynını, tərkibini, hər hansı bir və ya bütün məzmununu, xidmətlərin siyahısını dəyişdirmək, Saytda istifadə olunan və ya saxlanılan skriptləri, proqram təminatını və digər obyektləri, hər hansı bir server tətbiqini dəyişdirmək və ya əlavə etmək, istənilən vaxt əvvəlcədən xəbərdarlıq edərək və ya xəbərdarlıqsız Sayta və ya ayrı-ayrı bölmələrinə girişi məhdudlaşdırmaq hüququnu özündə saxlayır.

1.13. Saytdan reklam məqsədilə və ya kommersiya xidmətləri təklif etmək üçün istifadə qadağandır.

1.14. Saytda yer alan məlumatlar qeyri-dəqiqliklər və mətbəə səhvlərini ehtiva edə bilər. Şirkət Saytdakı məlumatları mütəmadi olaraq yeniləmək öhdəliyini daşımır.

1.15. Bu veb-saytda xüsusi olaraq razılaşdırılmış hallar istisna olmaqla, Şirkət Saytdakı məlumatların məzmunu/istifadəsi, habelə İstifadəçi tərəfindən göndərilmiş və ya qəbul edilmiş mesajların məzmunu/ istifadəsi üçün məsuliyyət daşımır.

1.16. Şirkət istənilən vaxt və xəbərdarlıq etmədən bütün Saytın və ya onun bir hissəsinin genişləndirilməsi, dəyişdirilməsi, dayandırılması və ya tamamilə bağlanması, habelə ona girişi məhdudlaşdırmaq və ya qadağan etmək hüququnu özündə saxlayır.

1.17. Şirkət Saytın fasiləsiz və səhvsiz işləməsinə, qüsurlarının vaxtaşırı düzəldilməsinə və kompüteriniz, aparat və proqram təminatı ilə uyğunluğuna zəmanət vermir.

1.18. Bu Razılaşma Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir və şərh olunur. Bu Razılaşma ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir.

1.19. Əgər hər hansı səbəbdən bu Razılaşmanın müddəalarından biri və ya bir neçəsi etibarsız və ya hüquqi qüvvəsi olmayan elan edilmişsə, bu, qalan müddəaların etibarlılığına və ya tətbiq olunmasına təsir göstərmir.

2.ÜÇÜNCÜ ŞƏXSLƏRİN SAYTLARINA İSTİNADLAR

2.1. Bu Sayt başqalarına məxsus və ya istifadə olunan saytlara istinadları ehtiva edə bilər. Bu cür istinadlar yalnız Sizin rahatlığınız üçün təqdim olunur. Şirkət onların istifadəsi, məzmunu, məxfilik müddəaları və ya belə saytların təhlükəsizliyinə, o cümlədən, üçüncü tərəf saytlarında və ya Məzmunlarında ifadə edilmiş hər hansı bir fikir və ya ifadələrə nəzarət etmir və onlara görə məsuliyyət daşımır.

2.2. Yuxarıda göstərilənləri istisna etmədən, əgər belə üçüncü şəxslərin saytları aşağıda qeyd olunan hərəkətləri edərsə və ya pozuntulara səbəb olarsa, Şirkət məsuliyyətinin daşınmamasını xüsusi olaraq bu səbəblərə görə öncədən qeyd edir:

  • Üçüncü şəxslərin əqli mülkiyyət hüquqları qeyd olunan üçüncü şəxslərin saytları tərəfindən pozulduqda;
  • Üçüncü şəxslərin saytı və yə məlumatları qeyri-dəqiq və/ya natamamdırlarsa və/ya yanıldırlarsa;
  • Üçüncü şəxslərin saytı kommersiya və ya digər xüsusi məqsədlər üçün yararsızdırsa;
  • Üçüncü şəxslərin saytı lazımi təhlükəsizliyi təmin etmirsə;
  • Üçüncü şəxslərin saytı viruslar və digər dağıdıcı elementləri ehtiva edirsə;
  • Üçüncü şəxslərin saytı yalançı və ya iftira xarakter daşıyırsa.

2.3. İstifadəçi yuxarıdakı saytlara və ya Sayta istinadları quraşdırarsa, İstifadəçi özü göstərilmiş riski daşıyır.

2.4. Saytda yerləşdirilən hər hansı bir sayt, məhsul, xidmət, kommersiya və ya qeyri-kommersiya xarakterli hər hansı bir məlumata istinad bu məhsulların (xidmətlərin) Şirkət tərəfindən təsdiqlənməsi və ya tövsiyəsi deyildir.

3.MÜSTƏSNA HÜQUQLAR

3.1. Saytda yerləşdirilən bütün obyektlər, o cümlədən dizayn elementləri, mətn, qrafika, illüstrasiyalar, videolar, skriptlər, proqramlar, musiqi, səslər və digər əşyalar və onların məcmuları (bundan sonra mətn üzrə - "Məzmun") Şirkətin, Saytın İstifadəçilərinin və digər hüquq sahiblərinin müstəsna hüquqlarının obyektləridir, bu obyektlər üzərində olan bütün hüquqlar qorunur.

3.2. Bu Razılaşmada, habelə Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə müəyyən edilmiş hallar istisna olmaqla, hüquq sahibinin əvvəlcədən icazəsi olmadan, hüququ sahibi hər hansı bir şəxs tərəfindən Məzmunun sərbəst istifadəsinə birbaşa razılıq verdiyi hallar istisna olmaqla heç bir Məzmunun surəti çıxarıla (təkrar hazırlana), emal oluna, paylana, nümayiş oluna, yayımlana, ötürülə, satıla və ya başqa bir şəkildə istifadə edilə bilməz

3.3. Bu Razılaşma ilə İstifadəçiyə Saytda yerləşdirilən əqli mülkiyyət üzərində müstəsna hüquqlar verilmir.

3.4. İstifadəçi qanuni əsaslarla ona məxsus olan Məzmunu Saytda yerləşdirərkən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş müəllif hüquqlarını bütün müddətə qorumağa, onun daimi və təmənnasız istifadə üçün qeyri-müstəsna hüququnu, o cümlədən baxılması, çoxaldılması (surətinin çıxarılması), tərcüməsi, ictimaiyyətə çatdırılması, yenidən işlənməsi (o cümlədən surətlərinin çap olunması), dəyişilməsi, uyğunlaşdırılması, ictimai ifası, yayımı, istehsal məhsulunun yaradılması, bütün dünyada ifası və/və ya artıq məlum olan, həmçinin hələ kəşf olunmamış üsullarla yayılan digər əsərlərə daxil edilməsi vasitəsilə ilə güzəşt hüququnu İstifadəçinin bu Razılaşmada göstərilmiş məxfilik şərtlərini qorumaqla göndərdiyi və ya yerləşdirdiyi materialla bağlı ola bilən bu hüquqların və digər hüquqların müddəti məhdudlaşdırılmadan Şirkətə verir.

Bununla yanaşı, Şirkət də yuxarıda göstərilən qaydada Məzmundan Saytın məqsədləri üçün və ya onlarla əlaqəli, o cümlədən onun tanıtımı üçün istifadə etmək hüququna malikdir. Bu məqsədlər üçün Şirkət, həmçinin törəmə əsərlər hazırlaya bilər və ya İstifadəçinin Məzmununu müvafiq toplulara daxil edə, bu məqsədlərə nail olunmasına xidmət edən digər hərəkətləri həyata keçirə bilər.

İstifadəçi, Məzmunun istifadəsinə görə mükafat ödənilməyəcəyini və ya başqa şəkildə kompensasiya verilməyəcəyini, habelə Şirkətin İstifadəçini Məzmunun müəllifi kimi göstərmək öhdəliyinin olmadığını təsdiqləyir və razılaşır.

3.5. İstifadəçi Məzmununu Saytdan çıxarsa, Razılaşmanın 3.4-cü bənddə göstərilən hüquqlar avtomatik olaraq geri alınacaq, lakin Şirkət istifadəçi Məzmununun arxiv nüsxələrini qeyri-müəyyən müddətə saxlamaq hüququna malikdir.

3.6. Şirkət İstifadəçinin Saytda yerləşdirdiyi hər hansı bir materialı İstifadəçiyə qaytarmır.

3.7. İstifadəçi hüquq sahibinin açıq razılığı olmadan digər saytların, məlumat bazalarının və əqli fəaliyyətin digər nəticələrinin məzmununu yükləmək və ya başqa şəkildə ictimailəşdirmək (Saytda dərc etmək) hüququna malik deyil.

3.8. Bu Razılaşmada icazə verilən hallar istisna olmaqla və ya hüquq sahibinin əvvəlcədən yazılı icazəsi olmadan Saytın və ya Məzmunun istənilən istifadəsi qəti qadağandır.

3.9. Bu Razılaşmada açıq şəkildə başqa cür ifadə olunmadığı təqdirdə, buradakı heç bir şey Məzmun üzərində olan müstəsna hüquqların ötürülməsi kimi qəbul edilə bilməz.

3.10. Bu Razılaşmanın heç bir müddəası İstifadəçiyə Şirkətin adını, ticarət nişanlarını, domen adlarını və digər fərqləndirici nişanlarını istifadə etmək hüququ vermir.

3.11. İstifadəçi Saytda yüklədiyi və ya başqa şəkildə onun köməyi ilə ictimaiyyətə təqdim etdiyi (yayımladığı) hər hansı Məzmun və ya digər məlumatlar üçün şəxsən məsuliyyət daşıyır. Əgər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq onun tərəfindən əldə edilmiş və ya ona verilmiş bu cür hərəkətləri həyata keçirmək üçün müvafiq hüquqlara malik deyilsə, İstifadəçinin Saytda Məzmun yükləmək, ötürmək və ya yayımlamaq hüququ yoxdur.

3.12. Şirkət, Saytı qadağan olunmuş məzmuna görə nəzərdən keçirə bilər, lakin buna öhdəlik götürmür və istənilən məzmunu və ya istifadəçiləri öz istəyi ilə, hər hansı bir səbəbə görə və ya səbəb olmadan (xəbərdarlıq etmədən) silə və ya yerini dəyişdirə bilər, o cümlədən, Şirkətin məsul şəxslərinin subyektiv fikrincə, bu Razılaşmanı, Azərbaycan Respublikasının qanunvericiliyini pozursa və digər İstifadəçilərin və ya üçüncü şəxslərin hüquqlarını pozur və/və ya təhlükəsizliyinə təhdid törədirsə, heç bir məhdudiyyət olmadan Məzmunun yerdəyişməsi və ya silinməsini həyata keçirə bilər.

3.13. Saytda Məzmun yerləşdirərkən, İstifadəçi təsdiq edir ki:

  • bu materiallar İstifadəçinin öz əsərləridir və/və ya İstifadəçi onu Şirkətə yuxarıda sadalanan məqsədlər üçün vermək hüququna malikdir; habelə;
  • bu materiallarda böhtan və/və ya şəxsin şərəf və ləyaqətini təhqir edən heç bir məlumat yoxdur; habelə;
  • bu materialların yerləşdirilməsi, eləcə də materialların özləri heç bir qanunu pozmur.

İstifadəçi bu Razılaşmada göstərilən şərtləri pozması nəticəsində Şirkətin çəkə biləcəyi hər hansı hüquqi xərcləri, ziyanı və digər xərcləri ödəmək öhdəliyi götürür.

4.GİRİŞ TƏQDİM OLUNMASI QAYDASI

4.1. Saytdan istifadəyə giriş almaq üçün İstifadəçi yetkinlik (18+) yaşına çatmış və tütün məhsulu və ya nikotin istehlakçısı olmalıdır.

4.2. Giriş pulsuzdur və yalnız yetkinlik (18+) yaşına çatmış şəxslər üçündür.

4.3. Giriş əldə etmək üçün İstifadəçi Saytda göstərilən qaydada qeydiyyatdan keçməlidir (Saytda müvafiq funksiya olduqda qeydiyyatla bağlı bu şərtlərin bütün sonrakı müddəaları tətbiq ediləcək).

4.4. Bu maddənin tətbiq edilə biləcəyi halda, İstifadəçi Saytda qeydiyyatdan keçdikdə, şəxsi səhifəsinin (Şəxsi Hesab) formalaşması üçün zəruri etibarlı və cari məlumatları, o cümlədən hər bir istifadəçi üçün unikal giriş (login) (e-poçt ünvanı və ya sayta daxil olmaq üçün latın hərfləri və nömrələrin birləşməsi) və sayta daxil olmaq üçün şifrəni, həmçinin soyadı, adı və atasının adı, ünvanı və istifadəçinin yaşı haqqında məlumatı Şirkətə təqdim etməlidir. Şirkət İstifadəçidən əlavə məlumatları sorğu etmək hüququna malikdir.

Yetkinlik yaşını təsdiqlədikdən sonra, İstifadəçi Saytdakı təlimatlara uyğun olaraq, yetkinliyini təsdiqləyən sənədin - şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, Azərbaycan Respublikası və ya əcnəbi vətəndaş pasportu - skan olunmuş nüsxəsinin və ya fotosurətinin yükləmənilməsinə dair Saytdan sorğu ala bilər. Yuxarıda göstərilən sənədlər aydın və daxilində göstərilən məlumatlar etibarlı olmalıdır. İstifadəçi tərəfindən əvvəllər verilən məlumatda və/və ya sənədlərdə qeyri-dəqiq, ziddiyyətli məlumatlar olduqda, habelə təqdim olunan sənədlərin keyfiyyəti onlarda göstərilən məlumatları oxumağa imkan vermirsə, şirkət sənədin surətini/skanını yenidən tələb etmək hüququna malikdir.

4.5. İstifadəçi məlumatların qeydiyyatı zamanı göstərilən düzgünlüyə, aktuallığa, tamlığa və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğa görə məsuliyyət daşıyır.

Şirkət məlumatların və təqdim olunan sənədlərin surətlərinin həqiqiliyini yoxlamaq üçün heç bir məsuliyyət daşımır, lakin qanuni metodlardan və kənar qanuni xidmətlərdən istifadə etməklə belə yoxlama aparmaq hüququnu özündə saxlayır.

4.6. Bu Şərtlərin 4.4-cü maddəsinin tətbiq edilə biləcəyi halda, İstifadəçinin yetkinlik yaşına çatmasını yoxladıqdan sonra Şirkət ona Şəxsi Hesaba giriş imkanı verir.

4.7. Bu Şərtlərin 4.4-cü maddəsinin tətbiq edilə biləcəyi halda, giriş (login) qismində bu Razılaşma, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və beynəlxalq hüquqi sənədlərlə qadağan edilmiş sözlər və adlar, eləcə də (lakin məhdudlaşmamaqla), ədəbsiz sözlər, İstifadəçinin üzərlərində müstəsna hüququ yoxdursa əmtəə nişanı kimi qeydiyyata alınmış adlar (MKTU sinfindən asılı olmayaraq), marka adları və ticarət təyinatları seçilə bilməz. Bu şərtlərin pozulması aşkarlandıqda Şirkət İstifadəçiyə ona verilmiş adı istifadə etməyi qadağan etmək, habelə, tətbiq oluna bilən hallarda o adın istifadəsini müvafiq şəxsə (hüquq sahibinin təmsilçisi) verə bilər. Bir istifadəçinin Saytda bir neçə qeydiyyatı (Profili) ola bilər.

4.8. Bu Şərtlərin 4.4-cü maddəsinin tətbiq edilə biləcəyi halda, İstifadəçi tərəfindən seçilmiş istifadəçi adı və şifrə istifadəçinin sayta daxil olması üçün zəruri və yetərli məlumatdır. İstifadəçi istifadəçi adını və şifrəsini üçüncü şəxslərə ötürmək hüququna malik deyil, onların saxlanma metodunu müstəqil seçərək təhlükəsizliyi üçün tam məsuliyyət daşıyır. İstifadəçi istifadə etdiyi aparat-proqram təminatında Sayta sonrakı avtomatik daxilolma üçün giriş və şifrənin saxlanmasına (kuki fayllarından istifadə etməklə) icazə verə bilər.

4.9. Bu Şərtlərin 4.4-cü maddəsinin tətbiq edilə biləcəyi halda, İstifadəçi bunun əksini sübut etmədiyi təqdirdə, istifadəçi adı və şifrəsini istifadə edərək edilən hər hansı bir əməl müvafiq İstifadəçi tərəfindən həyata keçirilmiş hesab olunur. İstifadəçi adı və şifrəsi və/və ya şəxsi səhifəsinə icazəsiz daxil olduqda və ya istifadəçi adı və şifrənin yayılması halında, istifadəçi hər hansı mümkün vasitələrlə bu barədə dərhal şirkətə məlumat verməlidir.

4.10. Sayta daxil olmaq üçün lazım olan məlumatların İstifadəçi tərəfindən başqa bir şəxsə və ya təşkilata satmağa və ya başqa yolla ötürməsinə icazə verilmir.

4.11. İstifadəçi tərəfindən bu Razılaşmanın pozulması, qanunvericilikdə və ya bu Razılaşmanın şərtlərində dəyişikliklər olarsa yaxud İstifadəçinin öz təşəbbüsü ilə Sayta girişi bağlana və ya ləğv edilə bilər.

4.12. Saytın girişə xitam verildiyi təqdirdə:

  • giriş və/ya şifrə deaktiv edilir.
  • İstifadəçi tərəfindən əvvəlcədən yüklənmiş bütün məzmunlar Şirkət tərəfindən silinə bilər. Eyni zamanda, şirkət onu arxivləşdirmə və istinad məqsədləri üçün istifadə etməyə davam etmək hüququna malikdir.

5.İSTİFADƏÇİNİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ

5.1. İstifadəçinin şəxsi, qeyri-kommersiya məqsədləri üçün istifadəsi istisna olmaqla, Saytın məzmununun surətini çıxarmaq, təkrar istehsal etmək, təkrar nəşr etmək, yükləmək, yayımlamaq, ötürmək, ictimai istifadəyə vermək və ya başqa şəkildə istifadə etmək hüququ yoxdur.

5.2. İstifadəçi, şəxsi, qeyri-kommersiya məqsədləri istisna olmaqla, Saytın məzmununun hər hansı elementlərini uyğunlaşdırmamaq, dəyişdirməmək və ya onlardan törəmə əsərlər yaratmamağa razıdır. Saytın məzmunundan hər hansı digər istifadə yalnız Şirkətin əvvəlcədən yazılı razılığı ilə mümkündür.

5.3. İstifadəçi Saytdan yalnız qanuni məqsədlər üçün və digər istifadəçilərin hüquqlarını pozmamaq, məhdudlaşdırmamaq və digər insanların Sayta daxil olmasına və istifadəsinə mane olmamaq üçün istifadə etmək öhdəliyi götürür.

5.4. İstifadəçi Saytdan istifadəsi ilə əlaqədar olaraq aşağıdakıları etməli olduğunu dərk edir və razılaşır:

  • müstəqil olaraq və öz hesabına İnternetə girişi ödəmək,
  • İnternetə daxil olmaq üçün lazımi avadanlıqlara, o cümlədən kompüterə, proqram təminatına, routerə, modemə və ya İnternetə qoşulmaq üçün digər vasitələrə sahib olmalıdır.

5.5. İstifadəçi Saytdan aşağıdakı materialları yükləmək, göndərmək, ötürmək və ya başqa bir şəkildə yerləşdirmək üçün istifadə etməmək öhdəliyi götürür:

  • Müəllif hüquqları və ya əqli mülkiyyət hüquqları ilə qorunan, əgər sizin buna bizdən yaxud müəllif hüququnun sahibindən icazəniz yoxdursa;
  • qanunsuz, zərərli, təhdid edən, yalan, əxlaqı təhqir edən, irqi, etnik, cinsi, dini, sosial zəmində insanlara qarşı nifrət və/və ya ayrıseçkilik təbliğ edən, müəyyən şəxs və ya təşkilatlara qarşı təhqirlər olan;
  • Hər hansı digər istifadəçinin Saytdan istifadə etməsini və ondan yararlanmasını məhdudlaşdıran və ya qadağan edən;
  • qeyri-qanuni davranışı təşviq edən və ya virus və ya digər zərərli komponentləri, hər hansı bir reklamı və ya yanlış və ya yanıldan faktları ehtiva edən.

5.6. İstifadəçi Sayta daxil olan və giriş (qeydiyyat) əldə edən zaman zəmanət verir ki, o: (a) kifayət qədər hüquq olmadan özünü başqa şəxs və ya təşkilat və/və ya icmanın nümayəndəsi kimi təqdim etmir; (b) Sayt vasitəsilə əldə olunmuş istənilən məlumat və ya materialı kommersiya məqsədilə yükləmir, göndərmir, çap etmir, ötürmür, yayımlamır və yaxud başqa məqsədlər istifadə etmir (bu məlumatın və ya materialın təchizatçısı tərəfindən aşkar icazə verilən hallar istisna olmaqla); (c) spam göndərilməsində iştirak etmir; yaxud (d) Sayt vasitəsilə digər kompüter sistemlərinə icazəsiz giriş almağa çalışmır.

5.7. Buna açıq şəkildə icazə verilmirsə, istifadəçinin Saytın məzmununu yükləmək, yayımlamaq, çoxaltmaq, ötürmək hüququ yoxdur.

5.8. İstifadəçi etibarlı, dolğun və aktual məlumatlar təqdim etməyə, onların qüvvəyə minməsini izləməyə borcludur; şəxsi səhifəyə icazəsiz giriş və/və ya İstifadəçinin şifrəsi və girişindən icazəsiz istifadə barədə Şirkətə məlumat verməlidir.

5.9. İstifadəçi aşağıdakı əməlləri etməmək öhdəliyi götürür:

  • başqasının adından və ya onun yerinə İstifadəçi kimi qeydiyyatdan keçməmək (“saxta hesab”) yaxud qrupu (birliyi) və ya hüquqi şəxsi İstifadəçi kimi qeydiyyatdan keçirməmək;
  • başqa bir qeydiyyatdan keçmiş istifadəçinin istifadəçi adı və şifrəsindən istifadə edərək şəxsiyyəti barədə yanlış məlumat vermək;
  • özü haqqında, o cümlədən, lakin bununla məhdudlaşmadan, yaşı ilə bağlı məlumatları təhrif etmək;
  • istifadəçilərin və üçüncü şəxslərin əqli mülkiyyətlərini qanunsuz yükləmək, saxlamaq, çap etmək, yayımlamaq, onlara çıxışı təmin etmək və ya başqa bir şəkildə istifadə etmək;
  • proqram təminatından istifadə etmək və Saytın və onun xidmətlərinin normal fəaliyyətini pozmağa yönəlmiş tədbirlər həyata keçirmək;
  • virusları, troyanları və digər zərərli proqramları yükləmək, saxlamaq, yaymaq, onlara çıxışı təmin etmək və ya başqa şəkildə istifadə etmək;
  • Saytda məlumat toplamaq və (və ya) Sayt və onun xidmətləri ilə qarşılıqlı əlaqə yaratmaq üçün avtomatlaşdırılmış skriptlərdən (proqramlardan) istifadə etmək;
  • hər hansı bir şəkildə, o cümlədən, lakin məhdudlaşmadan, aldatma, etimadın sui-istifadəsi, hack etmə yolu ilə, başqa istifadəçinin istifadəçi adı və şifrəsinə çıxışı əldə etməyə çalışmaq;
  • digər şəxslərin şəxsi məlumatlarının qanunsuz toplanmasını və işlənməsini həyata keçirmək;
  • Şirkətin fikrincə arzuolunmaz, Saytın yaradılması məqsədlərinə cavab verməyən, İstifadəçilərin maraqlarına zərbə vuran və ya Saytda yerləşdirmək üçün arzu olunmayan hər hansı digər məlumatı yerləşdirmək;
  • Saytın müvafiq bölmələrində göstərilmiş digər öhdəlikləri yerinə yetirmək.

5.10. İstifadəçi bu Razılaşma və ya onun yeniləmələri ilə razılaşmadıqda, İstifadəçi Saytdan istifadə etməkdən imtina etməli və mümkün vasitələrlə Şirkətə bu barədə məlumat verməlidir.

5.11. İstifadəçi Saytda dərc olunan mətn materiallarını (ədəbi əsərlər, məqalələr) aşağıdakı şərtlər daxilində sitat gətirmək hüququna malikdir:

  • sitat həcmi ümumi mətn həcminin 10% -dən çox ola bilməz;
  • sitat gətirərkən mətn müəllifinin adını, Saytın adını və Sayta keçidi göstərmək məcburidir.

Şirkətin Cəmiyyətin yazılı icazəsi olmadan Saytın məqalələri, fotoşəkilləri, illüstrasiyalarından və digər bütün materiallarından hər hansı digər istifadəsi, o cümlədən, surətinin çıxarılması (informasiya daşıyıcılarında saxlama daxil olmaqla), çoxaltma (İnternet saytlarında hər hansı bir məqsəd üçün təkrarlama, o cümlədən icmallar daxil olmaqla), emalı, yayılması, ümumi məlumat üçün yayım, kabel rabitəsi, İnternet vasitəsilə hər hansı bir şəkildə ictimaiyyətə təqdim etmək qadağandır və Azərbaycan Respublikasının əqli mülkiyyətin qorunması haqqında qanunvericiliyinə əsasən məsuliyyət nəzərdə tutur.

.

5.12. İstifadəçi tərəfindən h saytında yerləşdirmək üçün şəkil təqdim edərkən aşağıdakıları ehtiva edən məzmunun göndərilməsi qadağandır:

  • tütün məhsullarının (siqaret, siqar və s.), tütün məhsullarının və/və ya aksesuarlarının, bu məhsulların istehlak qablaşdırmalarının (paketi), tütün qızdırılma cihazların və ya elektron siqaretlər və onların qablaşdırmalarının şəkilləri, habelə tütün məhsulları, elektron siqaretlər, alışqanlar və digər tütün aksesuarlarının ticarət markaları (loqotipləri);
  • uşaqların və/və ya hamilə qadınların şəkilləri;
  • siqaret çəkmə, tütün tüstüsü, tütün qızdırılma cihazların və ya elektron siqaretlərin istifadəsi prosesinin nümayişi;
  • tam və ya qismən çılpaq bədənin nümayişi;
  • milli, irqi, etnik, dini və ya digər səbəblərə görə insanların hüquq və azadlıqlarını pozan və məhdudlaşdıran məlumatlar, hər hansı bir səbəbdən insanlara nifrət və ya ayrıseçkilik oyandıran, millətlərarası və ya irqlərarası nifrət oyatmasına səbəb olan məlumatlar; pornoqrafik xarakterli materiallar, zorakılıq səhnələri, mənəvi və mənəvi dəyərləri təhqir edən hər hansı digər elementləri ehtiva edən materiallar

6.FƏRDİ MƏLUMATLAR VƏ DİGƏR MƏXFİ MƏLUMAT

6.1. Şirkət fərdi məlumatların təhlükəsizliyini və İstifadəçilərin şəxsi həyat sirlərini təmin etməyi prioritet hesab edir.

6.2. İstifadəçinin fərdi məlumatlarının işlənməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

6.3. Sizin tərəfinizdən təqdim olunmuş fərdi məlumatlar, həmçinin səs yazmaları nəticəsində əldə edilmiş audio fayllar (fərdi məlumatların toplanması, qeyd edilməsi, sistemləşdirilməsi, yığılması, saxlanması, dəyişdirilməsi, əlavə edilməsi, istifadəsi, paylanması, mənimsənilməsi, bloklanması və məhv edilməsi, o cümlədən həm avtomatlaşdırma vasitələrindən istifadə etməklə və həm də bu cür vasitələrdən istifadə edilmədən fərdi məlumatların yayılması və sərhəddən ötürülməsi) müstəsna olaraq Şirkətin fəaliyyətini həyata keçirmək, Şirkətin məhsullarının istehlakçılarının məlumat bazasının yaradılması, yuxarıda göstərilən məhsullar barədə məlumat vermək, sorğular və sosial tədqiqatların keçirilməsi, habelə Şirkətin fəaliyyəti və keçirilən tədbirləri ilə bağlı digər məlumatları göndərmək üçün Şirkət tərəfindən işlənilə bilər.

6.4. Şirkət, yetkinlik yaşını (18+) təsdiqləmək üçün İstehlakçıdan məlumat və sənədlərin surətlərini tələb etmək hüququna malikdir. Eyni zamanda, Şirkət müştərinin yetkinlik yaşını təsdiqlədikdən sonra alınan sənədlərin surətlərini sonuncunun yetkinlik yaşına çatmış şəxs olduğunu sübut edən məlumat kimi saxlamaq səlahiyyətinə malikdir.

6.5. Bu Şərtlərin 4.4-cü maddəsinin tətbiq edilə biləcəyi halda hesabı” bölməsində yerləşən İstifadəçi “Profil”i bu saytın digər istifadəçilərinin nəzərdən keçirməsi üçün açıq ola bilməz.

6.6. Şirkət İstifadəçiyə aid şəxsi məlumatların elektron poçtla göndərilməklə toplanmasına və emalına razılıqdan imtina etməsinə qədər işlədə bilər. Razılığın ləğvində, İstifadəçinin profilində olan şəxsiyyətini müəyyənləşdirən məlumatlar göstərilməlidir: soyadı, adı, atasının adı, e-poçt ünvanı. Şirkət həmçinin, ən azı 30 gün əvvəl müvafiq məlumatları yerləşdirməklə Saytda informasiya xidmətləri göstərilməsini birtərəfli qaydada ləğv etmək hüququna malikdir, bundan sonra İstifadəçilərin şəxsi məlumatları qanunla müəyyən edilmiş qaydada məhv ediləcəkdir.

6.7. Şirkət, istifadəçilərdən əldə etdikləri fərdi məlumatları, onların məxfiliyini və təhlükəsizliyini təmin edərək emal edir. Fərdi məlumatların işlənməsi prinsipləri və şərtləri fərdi məlumatların və fərdi məlumatların qorunması üçün həyata keçirilən tələblər barədə məlumatların emalı ilə bağlı Siyasətdə təsbit edilmişdir.

6.8. Şirkət İstifadəçilərdən əldə etdiyi fərdi məlumatları üçüncü tərəflərə onların marketinq məqsədləri üçün satmır və açıqlamır, və yalnız Şirkətin fəaliyyətinin keyfiyyət göstəricisinin artırılması və müştəri məmnuniyyətinin yüksəldilməsi üçün istifadə yə ötürülə bilər.

6.9. Sayt Administrasiyası istənilən vaxt bu Razılaşmanın şərtlərini birtərəfli qaydada dəyişdirmək hüququna malikdir. Bu cür dəyişikliklər Razılaşmanın yeni versiyasının saytda yerləşdirildiyi gündən 2 (iki) gün sonra qüvvəyə minir. İstifadəçi edilən dəyişikliklərlə razılaşmadıqda, Sayta girişdən imtina etməyə, Saytın materiallarından və xidmətlərindən istifadəni dayandırmağa borcludur. İstinada keçid edərək ("Dəyişikliklərlə razıyam" qeyd edərək və "Davam et" düyməsini basaraq) İstifadəçi bu Razılaşmanın şərtlərini və fərdi məlumatların toplanmasına və işlənməsinə razılıq şərtlərini qəbul etdiyini təsdiqləyir.

7.MƏSULİYYƏT

7.1. Bu Sazişin və Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin pozulması mülki-hüquqi, inzibati və cinayət məsuliyyətinə səbəb ola bilər.

7.2. Şirkət, Saytın məzmunu və işinin fasiləsiz və ya səhvsiz olacağına, qüsurların düzəldiləcəyinə və ya Saytın və ya bu sayta girişi təmin edən serverin virus və proqram səhvlərinə sahib olmadığına zəmanət vermir.

7.3. İstifadəçilər Saytda məlumatların yaradılması və yerləşdirilməsi ilə əlaqədar öz hərəkətlərinə görə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

7.4. Şirkət Saytın istifadəsi ilə bağlı hər hansı bir şəxsin hərəkətləri və ya hərəkətsizliyi üçün məsuliyyət daşımır.

7.5. Saytın informasiya sistemində və proqram təminatında Saytın istifadəsi ilə əlaqəli istifadəçilərin hərəkətlərini və informasiya münasibətlərini avtomatik senzura edən və idarə edən heç bir texniki həll yoxdur.

7.6. Şirkət bu Razılaşmanın İstifadəçi tərəfindən pozulmasına görə məsuliyyət daşımır və öz istəyi ilə, habelə digər istifadəçilərdən və ya üçüncü şəxslərdən bu Razılaşmanın İstifadəçi tərəfindən pozulması barədə məlumat aldıqda, İstifadəçi tərəfindən yayımlanan hər hansı bir məlumatı dəyişdirmək və ya silmək, hər hansı bir səbəbdən və ya izahat olmadan, əvvəlcədən xəbərdarlıq edərək və ya etmədən Saytın bütün bölmələrinə və yaxud hansısa bölməsinə və ya xidmətlərinə girişi dayandırmaq, məhdudlaşdırmaq və ya ləğv etmək hüququnu özündə saxlayır və İstifadəçiyə bu hərəkətlə dəyə bilən hər hansı zərər üçün cavabdeh deyildir.

7.7. Əgər Şirkətin fikrincə, İstifadəçi Sayta və (və ya) digər istifadəçilərə təhlükə yaradırsa, Şirkət istifadəçinin şəxsi məlumatlarını silmək və (və ya) Saytın hər hansı bir xidmətinə girişi dayandırmaq, məhdudlaşdırmaq və ya xitam vermək hüququna malikdir,. Bu halda, Şirkət bu Razılaşmaya uyğun olaraq həyata keçirilən məlumatların müvəqqəti bloklanması və ya silinməsi və ya İstifadəçinin şəxsi məlumatlarının silinməsi (qeydiyyatın dayandırılması) üçün məsuliyyət daşımır.

7.8. Şirkət saytın müvəqqəti nasazlıqları və işində fasilələr və onların səbəb olduğu məlumatların itirilməsinə görə məsuliyyət daşımır.

7.9. Şirkət, İstifadəçinin və ya başqa şəxsin kompüterinə, mobil qurğularına, proqram təminatına və ya hər hansı digər cihazına Saytdan və ya Saytda yerləşdirilmiş keçidlərdən materialların yüklənməsi ilə əlaqədar və ya bunun nəticəsində dəymiş hər hansı bir ziyana görə məsuliyyət daşımır.

7.10. İstifadəçinin bu Razılaşmanı pozması ilə bağlı və ya bunun nəticəsində, habelə Saytın işində və ya Saytla İstifadəçi və ya digər şəxslər arasında məlumatların ötürülməsi sistemində İstifadəçinin özü yaxud İstifadəçiyə təqdim edilmiş məlumatların istifadəsi ilə Sayta girmiş istənilən digər şəxslərin günahı ucbatından texniki nasazlıq olduqda İstifadəçi Şirkətə dəymiş ziyanı ödəməyi öhdəsinə götürür.